Məşhur yazıçı komaya düşüb

Məşhur yazıçı komaya düşüb
17 aprel 2019
# 13:07

Rusiyalı yazıçı Dmitri Bıkov komaya düşüb.

ONA kp.ru saytına istinadən xəbər verir ki, o, Ufa şəhərində xəstəxanaya yerləşdirilib.

51 yaşlı yazıçı hazırda xəstəxananın neyroreanimasiya bölməsində koma vəziyyətindədir. Həkimlər onun insult olduğunu düşünür.

Aprelin 16-da yazıçının Ufa şəhərində çıxışı planlaşdırılırmış.

Yaızçı, jurnalist Dmitri Bıkov bir sıra beynəlxalq mükafatların sahibidir. O, “İyun” romanına görə 2018-ci ildə Rusiyanın “Böyük kitab” mükafatında üçüncü yerə çıxıb. Bıkov ədəbiyyat, tarix haqqında mühazirələri ilə də məşhurdur.

# 2124 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #