Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi
22 noyabr 2022
# 13:20

Kubalı müğənni-bəstəkar və gitara ifaçısı Pablo Milanes 80 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, P.Milanes bir neçə il onokoloji xəstəliklə mübarizə aparıb.

Noyabrın 13-də o, Madriddə xəstəxanaya yerləşdirilib. Son aylarda isə xəstəliyi daha da ciddiləşib.

Müğənni müxtəlif musiqi üslublarında çalışıb. Onun ən məşhur bəstələri arasında "Pobre del cantor", "Hombre que vas creciendo", "Yo pisaré las calles nuevamente" var.

# 913 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #