"Azərbaycanın Qəhrəman Övladları" adlı layihə keçirildi

"Azərbaycanın Qəhrəman Övladları" adlı layihə keçirildi
24 iyun 2023
# 15:52

"Heydər Əliyev ili" və Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ilə bağlı olaraq BZT Akademi Azərbaycan Direktorluğu və Turan Akademinin təşkilatçılığı ilə qəhrəman şəhidlərimizin övladlarının iştirak etdiyi “Azərbaycanın Qəhrəman Övladları” adlı layihə təşkil edilib.

Kulis.az xəbər verir ki, layihə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tərəfindən həyata keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, layihə çərçivəsində uşaqlar Hərbi qənimətlər parkı və Şəhidlər Xiyabanını ziyarət edərək Gənc Tamaşaçılar teatrında təşkil olunan əyləncəli proqrama tamaşa ediblər, müxtəlif səpkili oyunların iştirakçısına çevriliblər.

# 765 dəfə oxunub

Müəllifin son yazıları

# # #