Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində
6 oktyabr 2026
# 16:30

Oktyabrın 10-da Xətai Sənət Mərkəzində etüd əsərlərə ictimai marağın artırılması, naturanın bilavasitə öyrənilməsi, eləcə də onun real simasının dolğun əks etdirilməsinə yanaşmanın inkişaf etdirilməsi məqsədilə peşəkar rəssamlar arasında elan olunmuş plener əsərlər sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, sərgidə mövzu və texnikası sərbəst olan əsərlər nümayiş etdiriləcək.

Sərgiyə 200-ə yaxın peşəkar rəssam tərəfindən 400-dən çox etüd əsəri təqdim olunub.

İştirakçılar arasında Belarusdan 2, Qazaxıstandan 2, Finlandiyadan 1, Əlcəzairdən 1 və Hindistandan 1 rəssam da yer alıb.

Qeyd edək ki, seçim zamanı iştirakçıların bir çoxunun iki və daha çox əsəri yüksək bal toplayıb, lakin sərgidə daha çox fərqli dəst-xəttin təqdim olunması məqsədilə seçimlərin növbəti mərhələsində “bir rəssam – bir əsər” prinsipi tətbiq edilib.

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər