Kulis.az Sübhan Qənbərlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qırmızı alma” (416 işarə) hekayəsini təqdim edir.
“Daha başqasını sevirəm, o, mənim yeni həyatımdır”.
Belə idi Leylanın axırıncı mesajı.
- 43 nəfərin qatili ilə Nazım Hikməti birləşdirən nə idi?
- Azərbaycan teatrında görmədiyimiz bir fakt - Əliqismət Lalayev yazır...
- Məşhur aktyorun qızı da zəlzələ qurbanı oldu
Hirsimdən əlimdəki təzəcə dişlənmiş qırmızı almanı televizorun ekranına geydirdim. O oğlanı tapmaq, qisas almaq üçün Leylanı izləməyə başladım...
Gördüklərim bütün fikirlərimi alt-üst etdi. Leylanın çəkdiyi siqaretin tüstüsünü paylaşdığı adam oğlan deyil, qız idi. Sözün söyüşlə əvəzləndiyi yer bura imiş. Evə qayıtdım, söyə-söyə televizorun ekranındakı alma şirəsini təmizləməyə başladım.