#

Avroviziyada nümayəndə heyətinə yeni rəhbər təyin olundu

Avroviziyada nümayəndə heyətinə yeni rəhbər təyin olundu
2 oktyabr 2024
# 09:18

Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri dəyişib.

Kulis.az xəbər verir ki, nümayəndə heyətinin yeni rəhbəri vəzifəsinə tanınmış aparıcı, hazırda Avroviziyada Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri olan Nurlana Cəfərova təyin olunub.

Qeyd edək ki, N.Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. Əvvəllər o, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illər ərzində Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televiziyada aparıcı vəzifəsində çalışıb.

Digər dəyişikliyə görə isə İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Maksim Tsurkova yeni səlahiyyət verilib. Belə ki o, həm də Avroviziya layihəsi üzrə şirkətin baş direktorunun müşaviri vəzifəsini icra edəcək.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

# # #