Məşhur aktrisa vəfat etdi

Yevgeniya Brik, aktrisa

Yevgeniya Brik, aktrisa

11 fevral 2022
# 11:30

Rusiyalı aktrisa Yevgeniya Brik vəfat edib

Kulis.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Katerina Qordeeva öz feysbuk hesabında paylaşım edib. Onun sözlərinə görə, aktrisa ötən gün 40 yaşında dünyasını dəyişib. O, Yevgeniyanın xəstəlikdən əziyyət çəkdiyini, lakin bunu gizli saxladığını əlavə edib.

Qeyd edək ki, Yevgeniya məşhur kinoprodüser Valeri Todorovski ilə evli idi. Cütlüyün Zoya adlı bir qızı var.

Aktrisa “Hipsterlər”, “Coğrafiyaçı qlobusunu içib uzaqlaşdırdı”, “Milad ağacları 1914” filmlərində, həmçinin “Ərimə”, “Optimistlər”, “Kamenskaya 3” kimi seriallarda rol alıb. O, müğənni Dima Bilan kimi bir sıra məşhurların klipində də çəkilib.

# 3376 dəfə oxunub

Müəllifin son yazıları

# # #