Antalya Muzeyi tamamilə yenilənir

Antalya Muzeyi tamamilə yenilənir
5 avqust 2025
# 17:00

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Antalya Muzeyinin əsaslı şəkildə yenilənməsini nəzərdə tutan layihənin detalları ilə çıxış edib.

Kulis.az xəbər verir ki, illərin yükünü daşıyan binanın daşıyıcı sistemində ciddi zədələnmələr müşahidə olunub və bu səbəbdən muzey tamamilə yenidən qurulacaq.

Yenilənmiş muzeydə qapalı sahə 9 500 kvadratmetrdən 19 500 kvadratmetrə çatdırılacaq. Açıq sahələr isə “müasir muzeyçilik” konsepsiyası ilə 22 677 kvadratmetrə qədər genişləndiriləcək..

Qeyd edək ki, yeni muzeyin 3D vizual planları da ilk dəfə ictimaiyyətə təqdim olunub.

# 68 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər