Kənan Hacı "Sənsizlik" şeiri VİDEO

Kənan Hacı "Sənsizlik" şeiri VİDEO
14 yanvar 2013
# 10:58

Kulis.Az Kənan Hacının "Sənsizlik" şeirini şairin öz dilindən təqdim edir.

Sənsiz qaldım, sənsizlik
məni üzdü yenə də.
Sənsizlik sızan yerə
şərab süzdüm yenə də.


Balıncım daşa dönüb,
narahatdı yatağım.
Yuxuda da adını
pıçıldayır dodağım.


Daha məni ovutmur
nə siqaret, nə şərab.
Yazmadığın məktuba
cavab yazıram, cavab...


Düyünlənib əllərim
ümidin boş cibində.
Məni təklik gözləyir
butulkanın dibində.


Buludla dost olmuşam,
Çətirim yaddan çıxıb.
Rahatlığım, dincliyim,
hövsələm yaddan çıxıb.


Sənsiz qaldım, sənsizlik
məni üzdü yenə də.
Sənsizlik sızan yerə
şərab süzdüm yenə də...

# 3334 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #