Əlisəmid Kür: Sağ əli ürəyinin üstündə

Əlisəmid Kür: Sağ əli ürəyinin üstündə
24 sentyabr 2013
# 10:04

Bu gün məşhur tənqidçi Cavanşir Yusiflinin 55 yaşı tamam olur. Kulis.Az bu münasibətlə şair Əlisəmid Kürün tənqidçi haqda yazdığı məqaləni təqdim edir.

"Sağ əli ürəyinin üstündə"

Cavanşir Yusifli ədəbiyyata ciddi yanaşan söz adamıdı; o, əsl sözün namus-ismətini qoruyan yazıçılarımızdandı.

Namuslu ədəbiyyatın təssübünü çəkmək, yad notlardan, bəzək-düzəkdən onu təmizləmək, sözə can vermək Cavanşirin tale qismətidi.

Lap çoxdan hiss etmişdim ki, o, gizli-gizli poeziya ilə nəfəs alır; şerlərini oxuyanda yanılmajığıma sevindim və onun bəzi yazarlara ironiya ilə gülümsəməsinin sirrini anladım; bu ironiyada səmimiyyət var, yaxşı mənada çoxbilmişlik var, boyundan hündürə atılmamaq «qorxusu» var, həqiqəti susmaqla demək bacarığı var. Belə söz adamlarının hələ qeybə çəkilmədiyi bu məşəqqətli və ağır dövranda adam nəfəsini qorumaq istəyir, yaşamaq üçün sağ əlini ürəyinin başına qoyaraq, dünyaya gəldiyinə şükür diləyir!

07.09.2003

# 3041 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #