"Ana" filminin təqdimatı keçiriləcək

"Ana" filminin təqdimatı keçiriləcək
16 yanvar 2024
# 12:15

Yanvar ayının 18-də saat 19.00-da Park Cinema (Park Bulvar) kinoteatrında “Ana” qısametrajlı bədii filminin təqdimat mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun eyni adlı hekayəsinin motivləri əsasında çəkilən film oğlunun müharibədən geri qayıtmasını gözləyən ana haqqındadır. Yaradıcı heyət filmi şəhid analarına ithaf edib.

Filmin layihə rəhbəri yazıçının övladı Toğrul Abdullayevdir.

Filmin baş prodüseri Yaşar Əhmədov, prodüseri Sadiq Şahbazov, baş redaktoru İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifi Jalə Novruz, quruluşçu operatoru Mehdi Yaqubov, quruluşçu rəssamı Atəş Əzizov, ikinci rejissoru Vüsalı Tağıdır.. Filmdə əsas rolları Gülər Nəbiyeva, Firəngiz Babayeva, İlqar Musayev ifa edir.

Film Metaflix platformasının texniki dəstəyi ilə Xızının Altıağac qəsəbəsində çəkilib.

# 471 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #