Azərbaycanlı rejissor beynəlxalq festivalda

Azərbaycanlı rejissor beynəlxalq festivalda
6 sentyabr 2023
# 10:40

XIX Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.

Kulis.az xəbər verir ki, “Festivalın xüsusi tədbiri”nin açılışında festivalın icraçı direktoru, “Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova, kinofestivalın münsiflər heyətinin üzvü, azərbaycanlı rejissor və prodüser Fariz Əhmədov, Tatarıstan Azərbaycan Milli Mədəni Muxtariyyətinin regional ictimai təşkilatının sədri Bəhram Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, fotosərgidə tanınmış mədəniyyət xadimləri, eləcə də siyasətçilərlə görüşlərdən arxiv fotoları təqdim olunub.

# 650 dəfə oxunub

Müəllifin son yazıları

# # #