“Azərbaycan bayatıları” kitabı çap olundu

“Azərbaycan bayatıları”  kitabı çap olundu
15 fevral 2023
# 13:30

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azərbaycan bayatıları” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, AMEA-dan APA-ya verilən xəbərə görə, kitabda bu günədək xalq arasından toplanmış və müxtəlif toplularda çap olunmuş, eləcə də müxtəlif mərasimlərdə, məclislərdə söylənilən bayatılar verilib. “Azərbaycan bayatıları” kitabı kütləvi nəşr prinsiplərinə uyğun hazırlanıb.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın layihə rəhbəri akademik Muxtar İmanov, tərtibçisi və “Ön söz”ünün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova), redaktoru isə filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərdir.

# 859 dəfə oxunub

Müəllifin son yazıları

# # #