Alla Puqaçovanın saxlanılması tələb olunur

Alla Puqaçovanın  saxlanılması tələb olunur
3 noyabr 2023
# 16:35

Xəbər verdiyimiz kimi, Rusiyanın Xalq artisti Alla Puqaçova ötən gün Rusiyaya qayıdıb.

Kulis.az xəbər verir ki, “Xalqın çağırışı” hərəkatının ictimai fəalları müğənninin Ukrayna Silahlı Qüvvələrinin (AFU) maliyyələşdirilməsi ilə bağlı saxlanılmasını və dindirilməsini tələb ediblər.

Dövlət Dumasının Mədəniyyət komitəsi sədrinin birinci müavini Aleksandr Şoloxov yerli telekanallara verdiyi açıqlamada məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, sənətçi vətəndaş hüquqlarını pozacaq hər hansı hərəkətə yol vermədiyi üçün heç bir cinayət məsuliyyəti daşımır:

“O, niyə təqib olunmalıdır? Həyat yoldaşının yanına getməkdən başqa heç nə etməyib. O, Rusiya ilə bağlı heç bir açıqlama verməyib, ehtiyatlı davranıb”.

Qeyd edək ki, Alla Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ailəsi ilə birgə Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl isə onların İsraildən Kiprə köçdüyü ortaya çıxmışdı.

# 1048 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #