Məlahət Abbasova: “Cavanşir Quliyev yeriyir”

Məlahət Abbasova: “Cavanşir Quliyev yeriyir”
12 fevral 2024
# 10:16

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılsa da, xəbərin doğru olmadığı məlum olub.

Kulis.az xəbər verir ki, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova bununla bağlı status paylaşıb:

“Cavanşir Quliyev yaşayır. Reanimasiyadan çıxıb, palatadadır, yeriyir. Özünü yaxşı hiss edir. Bu gün saat 11:00-da balaca bir əməliyyat olunacaq. Dualarım onunladı”.

# 901 dəfə oxunub

Müəllifin son yazıları

# # #