Süni intellekt bədii film yaradacaq

Süni intellekt bədii film yaradacaq
7 sentyabr 2022
# 10:40

Alman eksperimentator Fabian Ştelzer süni intellektdən (Sİ) istifadə edərək film yaradacaq. Müəllif gələcək "Duz" adlı filmindən bir səhnə təqdim edib.

Kulis.az istinadla xəbər verir ki, müəllifin sözlərinə görə, film tamamilə neyron şəbəkələr dəsti ilə yaradılacaq. Bu şəbəkələr sayəsində görüntü və personajların səsləri, eləcə də xüsusi effektlər yaradılacaq.

F.Ştelzer kino sahəsində yenilikçi olmaq niyyətindədir və süni intellektin onun ssenarisi üzrə tammetrajlı film yarada biləcəyinə inanır.

# 1239 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #