Aktrisa Fələstin-İsrail münaqişəsinə görə filmdən qovuldu

Aktrisa  Fələstin-İsrail münaqişəsinə görə  filmdən qovuldu
23 noyabr 2023
# 10:40

Meksikalı aktrisa Melissa Barrera Fələstini dəstəklədiyi üçün "Scream 7" filminin heyətindən qovulub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, prodüserlərin bu addımından sonra aktrisa Cenna Orteqa da layihədən imtina edib. O, film seriyasında rol almayacağını açıqlayıb.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsi fonunda bir çox tanınmış sima tənqidlərlə üzləşib.

# 628 dəfə oxunub

Müəllifin son yazıları

# # #