“Azdrama” bu tamaşa ilə mövsümə başlayır

“Azdrama” bu tamaşa ilə mövsümə başlayır
2 sentyabr 2019
# 14:41

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 147-ci teatr mövsümünə İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşası ilə başlayacaq.

APA-nın məlumatına görə, tamaşa sentytabırın 21-i saat 19:00-da nümayiş olunacaq.

Teatrın sentyabr repertuarına bir-birindən maraqlı tamaşalar daxildir. Sentyabrın 22-də Elçinin “Cəhənnəm sakinləri”, 26-da V.Şekspirin “12-ci gecə və ya hər nə istəsəniz”, 27-də K.Abdullanın “Bir, iki bizimki”, 28-də Ç.Aytmatovun “Manqurt”, 29-da Ə.Əmirlinin “Şah Qacar” tamaşaları nümayiş olunacaq.

Tamaşalar saat 19:00-da başlayır.

# 3230 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #