Fransız aktrisa Hollivuddakı cinsi təcavüzdən danışdı

Fransız aktrisa Hollivuddakı cinsi təcavüzdən danışdı
23 may 2023
# 11:20

Fransız aktrisa Marion Kotilyar "Deadline" a Hollivuddakı cinsi təcavüzlərdən danışıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Kann kinofestivalında sənətçi təzyiqlərə məruz qalan qadınlara həsr olunmuş “Mavi paltarlı balaca qız” filmini təqdim edərək bu mövzunun ona yad olmadığını deyib.

O, anası və nənəsinin bir vaxtlar təzyiqlərdən əziyyət çəkdiyini də bildirib.

“Dünyada bir çox qadın kişilər tərəfindən təzyiq görüb. Anam və nənəm də kişilərlə çox çətin münasibətlər və cinsi qısnama yaşayıblar. Bu layihəni ərsəyə gətirərkən çox təsirləndim. Bu, bir növ mənim psixoloji sağalmağımın yoludur", - deyə aktrisa qeyd edib.

Kotilyarın fikrincə, müasir kino sahəsində hələ də cinsi ehtiyaclarını ödəmək üçün gənc aktyor və aktrisalardan istifadə edən “xəstə kişilər” çalışır.

# 1630 dəfə oxunub

Müəllifin son yazıları

# # #