Qarmon ifaçısı Xalq artisti Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə APA-ya sənətçinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib.
Onun sözlərinə görə, Xalq artistinin səhhəti yaxşılaşmağa doğru gedir.
- "Üç peyğəmbər" xalçasının müəllifi - Ziyadxan Əliyev yazır...
- Əməkdar rəssam həbs edildi
- Tağıyevin Fransada yaşayan qohumu ilə görüş keçirilib - FOTO
"Müalicələr davam etdirilir. Hazırda xəstəxanadadır. Hələlik, evə buraxılması barədə həkimlər bir söz demir. Amma əvvəlkinə baxanda yaxşıdır", - o vurğulayıb.
Qeyd edək ki, Aftandil İsrafilov ötən ilin dekabrının 2-də xəstəxanaya yerləşdirilib. O, bundan öncə də kəskin plevrit səbəbi ilə xəstəxanaya yerləşdirilmiş, daha sonra yaxşılaşaraq evə buraxılmışdı.