Filosof Ağalar Məmmədovun ilk dəfə 2012-ci ilin dekabr ayında işıq üzü görən "AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” ikinci dəfə çap edildi. " Kitabın II nəşri, müəllifin I nəşrdə çap olunmayan 1 məqaləsi və 1 müsahibəsi də daxil edilərək genişləndirilmişdir.
Kitabda bütövlükdə 80-dən çox fəlsəfi məqalə və 4 müsahibə yer alıb. Kitabda “Fəlsəfə işığında dil”, “Kulturo-etik yazılar”, “İslamın çadrasız üzü”, “Zaman, allah-insan, ölüm”, “Siyasi-ideoloji yazılar” kimi 10-dan çox əsas başlıq yer alıb.
"AŞMA: fəlsəfi məqalələr və müsahibələr toplusu” Dalğa Gənclər Hərəkatının (Dalğa GH) təşəbbüsü ilə çap edilmişdir. Kitab Rafiq Tağının xatirəsinə həsr olunub.
“Aşma”nı şəhərimizin kitab mağazalarından əldə etmək olar.
Sənət
-
Ana səhifə
- Sənət