" Ayla " filmində həyat hekayəsindən bəhs olunan koreyalı Kim Eunja dünyasını dəyişib.
Kulis.az-ın məlumatına görə, xəbəri Türkiyənin Seuldakı səfirliyi açıqlayıb.
Uşaqları və nəvələri ilə Seul yaxınlığındakı İnçeon şəhərində yaşayan Kim 2022-ci ildə koronavirusa yoluxduqdan sonra sətəlcəm xəstəliyinə tutulub.
Koreya Veteranlar və Vətənpərvərlər Nazirliyinin də himayəsində olan Kim bir müddətdir In Sonqdo Hanaçeon Xəstəxanası yaxınlığındakı Yaşlılara Baxım şöbəsində müalicə alırdı.
ğ
Bu yaxınlarda demensiyaya yoluxan Kim yenidən pnevmoniyaya olub və dünən dünyasını dəyişib.
Son anlarına qədər Türkiyə sevgisini itirməyən Kim Türkiyənin Seuldakı səfirliyinə tez-tez baş çəkirdi.
Onun ölüm xəbərindən sonra Türkiyənin Seuldakı səfiri Murat Tamer dəfn evinə gələrək Kimin ailəsinə başsağlığı verib.
AYLA FİLMİNİN MÖVZUSU
Real hadisələr əsasında çəkilən " Ayla " filmi Koreya müharibəsi zamanı yetim qaldığı beş yaşlı qıza qulluq edən Astsubay Süleyman Dilbirliği ilə Ayla adlı qızın hekayəsindən bəhs edir.