“Ad günü”nün aktyorları 48 ildən sonra görüşdülər

“Ad günü”nün aktyorları 48 ildən sonra  görüşdülər
16 oktyabr 2025
# 10:32

Xalq artisti Hacı İsmayılov Azərbaycan Dövlət mükafatı laureatı, “Ad günü” filmindən tamaşaçılara tanış olan David Uplisaşvili ilə Tbilisidə “Şükriyyə” tamaşasından sonra görüşüb.

Kulis.az xəbər verir ki, H.İsmayılov gürcü həmkarına “Teatr xadimi” medalını və “Ad günü” filmində çəkildikləri kadrdan rəsm əsərini təqdim edib.

Okyabrın 14-də Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Azərbaycan və Gürcüstanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında böyük uğurla nümayiş olunub.

Qeyd edək ki, “Ad günü” filmi 1977-ci ildə çəkilib, rejissoru Xalq artisti Rasim Ocaqov, ssenari müəllifi isə Xalq yazıçısı Rüstəm İbrahimbəyovdur.

# 135 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər