Kulis.az-ın 8 yaşı tamam olur

Kulis.az-ın 8 yaşı tamam olur
4 aprel 2019
# 10:33

2011-ci il aprelin 4-də yaranan elektron dərgidə indiyədək on minlərlə material yayımlanıb.

Bunların içində bədii əsərlər, müxtəlif səpkili müsahibələr, reportajlar, köşələr, təhlillər, esselər, tərcümələr, videomateriallar və s. vardır.

Kulis.az Azərbaycanda demək olar ki, bütün müəlliflərin çap olunduğu ən uzunömürlü mədəniyyət portalıdır.

Onun mütərəqqi ənənələri sonradan yaranan ədəbiyyat və incəsənət portlarında davam etdirildi.

Kulisin keçirdiyi müsabiqə və yarışlar, müxtəlif mövzulu layihələr dəfələrlə ölkənin mədəniyyət gündəminə çevrilib.

Ən istedadlı qələm adamlarını öz ətrafına toplayan Kulis.az bu 8 ildə ədəbiyyat və mədəniyyət sahəsindəki müxtəlif qruplaşmalara eyni dərəcədə tribuna verən sayt kimi tanınır.

Onun geniş oxucu kütləsinə çıxa bilməsinin əsas səbəblərindən biri də budur.

8 yaşı da siz oxucularla qeyd etmək çox xoşdur.

Uğurlarımız bol olsun!

# 1864 dəfə oxunub

Müəllifin son yazıları

# # #