Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur
30 mart 2025
# 08:30

Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Kulis.az xəbər verir ki, bu il Ramazan ayının 1-i Miladi təqvimlə mart ayının 1-nə təsadüf edib.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Ramazan bayramı Miladi təqvimlə martın 30-na təsadüf edir.

Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq.

Qeyd edək ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00-a, Təzəpir məscidində isə 09.00-a təyin edilib.

# 286 dəfə oxunub

Müəllifin son yazıları

# # #