Xalq artistimiz çex professorla eyni səhnədə

Xalq artistimiz çex professorla eyni səhnədə
17 fevral 2020
# 16:12

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, pianoçu Murad Adıgözəlzadə və Çexiyanın Pilsen Dövlət Konservatoriyasının professoru, skripkaçı Roman Fedçukun iştirakı ilə konsert proqramı təqdim olunub.

Kulis.az xəbər verir ki, konsertdə solistləri Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri müşayiət edib.

Tədbirdə Feliks Mendelsonun skripka, fortepiano və simli orkestr üçün üç hissəlik konserti, Edvard Qriqin “Lirik süita”, Pablo de Sarasatenin “Navarra”, Pol Dükanın “Sehirbazın şagirdi” simfonik musiqiləri təqdim olunub.

Konsert proqramı tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.

# 1656 dəfə oxunub

Müəllifin son yazıları

# # #