Venesiya festivalı yekunlaşdı: Filmimiz yer tutmadı

Venesiya festivalı yekunlaşdı: Filmimiz yer tutmadı
13 sentyabr 2020
# 00:42

77-ci Venesiya Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, “Qızıl şir”i çinli qadın rejissor Çloe Zhaonun “Nomadland” filmi qazanıb və beləliklə Sofiya Koppaladan sonra (2010) ikinci qadın rejissor bu nüfuzlu mükafata layiq görülüb.

Baş rolunu Frensis McDormandın ifa etdiyi filmin ssenarisini Cesika Bruderin "Nomadland: 21-ci əsrdə Amerikanı xilas etmək" kitabı əsasında Çloe Zhao özü yazıb. Filmdə David Stratain, Linda May, Çarlene Svanki və Bob Vels kimi aktyorlar çəkilib.

"Pieces of a woman" adlı filmdəki rolu ilə Vanessa Kirbi Ən yaxşı akrisa seçilib.

Festivalın digər mükafatçıları aşağıdakılardır:

Gümüş şir (Jürinin böyük mükafatı): “Nuevo orden” (rej. Mişel Franso)
Gümüş şir (Ən yaxşı rejissor): Kiyoşi Kurosava - “Wife af a spy”
Ən yaxşı aktrisa: Vanessa Kirbi - “Pieces of a woman”
Ən yaxşı aktyor: Pierfransesko Favino - “Padrenostro”
Ən yaxşı ssenari: Çaitanya Tamhane - “The Disciple”
Jürinin xüsusi mükafatı: “Dear Komrades” – rej. Andrey Konçalovski
Ən yaxşı gənc aktyor və ya aktrisa: Ruhulla Zamani - “Sun children”

Bundan əlavə həvəsləndirici mükafatlar da (Orizzonti) sahiblərini tapıb.

Təəssüf ki, Azərbaycanlı rejissor Hilal Baydarovun festivala qatılan “Səpələnmiş ölümlər arasında” filmi heç bir yer qazanmayıb. Lakin o, Venesiya Film Festivalına qatılan və əsas mükafat üçün yarışan ilk Azərbaycan filmi kimi tarixə düşüb.

# 2195 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #