"Avatar"ın ulduzu Zoe Saldana Skarlett Yohanssonu geridə qoyaraq bütün dövrlərin ən çox gəlir gətirən aktrisası olub.
Kulis.az xəbər verir ki, “Avatar: Alov və Kül” filmi dünya üzrə 1,23 milyard dollar gəlir toplayıb.
Aktrisanın iştirak etdiyi filmlərin ümumi kassа gəliri 15,46 milyard dollara çatıb.
Bu göstərici Skarlett Yohanssonun 15,4 milyard dollarlıq nəticəsini cüzi fərqlə üstələyib.
Film Ceyms Kameronun 1 milyard dollar həddini aşan dördüncü layihəsi olub.
Qeyd edək ki, rejissor seriyanın davamı üçün dördüncü və beşinci filmlərin planlaşdırıldığını açıqlayıb.