Xalq artisti tələbələrinə təcavüzdə ittiham olundu

Xalq artisti tələbələrinə təcavüzdə ittiham olundu
10 avqust 2021
# 18:20

Ukraynanın xalq artisti, "Döyüşə yalnız qocalar gedir" filminin aktyoru və Karpenko-Kary adına Kiyev Teatr və Kino Universitetinin müəllimi Vladimir Talaşko tələbə qızlara və abituriyentlərə təcavüzdə ittiham olunur.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, haqqında səslənən fikirləri qəti şəkildə rədd edən 75 yaşlı aktyor deyilənlərin həqiqəti əks etdirmədiyini və şaiyədən ibarət olduğunu bildirib.

Ukraynanın Mədəniyyət Nazirliyi isə məsələ ilə bağlı araşdırmalara başlanacağını rəsmi şəkildə açıqlayıb.

# 2806 dəfə oxunub

Müəllifin son yazıları

# # #