“15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

“15 iyun – Milli Qurtuluş Günü”  adlı virtual sərgi istifadəçilərə təqdim olundu
15 iyun 2026
# 12:15

İyunun 15-də Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyətini və ölkənin müstəqilliyinin möhkəmləndirilməsindəki xidmətlərini əks etdirmək məqsədilə “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə Müstəqil dövlətin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin həyat yolu, ictimai-siyasi fəaliyyəti, zəngin siyasi irsi, xalqımızın qurtuluş və xilaskarlıq missiyası, Milli Qurtuluş məfkurəsi, eləcə də ölkənin tərəqqi və inkişaf yolundan bəhs edən dövri mətbuat materialları, Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, həmçinin fotoşəkillər nümayiş olunur.

# 84 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər