Prezident mükafatı alan gənc şair danışdı: “Bu, böyük etimaddır”

Prezident mükafatı alan gənc şair danışdı: “Bu, böyük etimaddır”
3 fevral 2021
# 10:34

"Gənclər üçün Prezident Mükafatı" cənab prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqətin, inamının çox gözəl bir nümunəsidir.”

Bu sözləri Kulis.aza Prezident mükafatına layiq görülən gənc şair-filoloq Ramil Əhməd söyləyib

O, daha sonra əlavə edib:

“Bu ali mükafatı almaq, bu adı daşımaq, gördüyün işlərə şəxsən cənab Prezidentin qiymət verməsi, dəyərləndirməsi qürurvericidir. Bu, böyük etimaddır. Bu etimadı doğrultmağa çalışacağam. Gələcək işlər üçün çox böyük stimul oldu. Cənab Prezidentə minnətdaram.”

R.Əhməd daha sonra mükafata layiq görülən digər gəncləri də təbrik edib:

“Mükafata layiq görülən bütün gəncləri təbrik edirəm. Mənə hər daim inanan ailəmə, dəstəkləyən dostlarıma, yetişməyimdə rol oynayan bütün müəllimlərimə təşəkkür edirəm.”

# 1668 dəfə oxunub

Müəllifin son yazıları

# # #