Rusiya prezidentinin üzr məktubunu azərbaycanlı professor yazıb - Yeni fakt

Rusiya prezidentinin üzr məktubunu azərbaycanlı professor yazıb - Yeni fakt
5 iyun 2021
# 14:16

Rusiyanın sabiq prezidenti Boris Yeltsinin macar xalqından1956-cı il hadisələrinə görə üzr məktubunu Azərbaycanlı professor hazırlayıb.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas, bədii tərcüməçi Vilayət Quliyev məlumat verib.

"Bu gün Macarıstan xarici işlər nazirinin keçmiş müavini, Türk Şurası Budapeşt Ofisinin rəhbəri, səfir Yanoş Hovari mənə maraqlı bir tarixçə danışdı. 1992-ci ildə RF-nın prezidenti kimi Budapeştə ilk rəsmi səfərə gələn Boris Yeltsinin 1956-cı il hadisələrinə görə macar xalqından üzr istədiyi məşhur nitqinin mətnini onu müşayiət edən T.M.İslamov hazırlayıbmış".

Vilayət Quliyev onu da qeyd edib ki, Yanoş Hovari Azərbaycanda ən azı tarixçilər və diplomatların Tofiq İslamovu tanımalı olduğunu bildirib.

Qeyd edək ki, Professor Tofiq Müslüm oğlu İslamov (1927, Bakı - 2004, Moskva) Sovet İttifaqında və Rusiyada Macarıstanın siyasi tarixi üzrə tanınmış mütəxəssis olub.

# 2170 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #