Gənc aktyor evində ölü tapıldı

Gənc aktyor evində ölü tapıldı
11 fevral 2023
# 12:00

“Das of Our Lives” və “Hollywood Hills” seriallarında oynadığı rollarla tanınan amerikalı aktyor Cody Longo 34 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin ölümü barədə meneceri Aleks Gittelson məlumat yayıb. Longonun cəsədi Texas ştatının Ostin şəhərindəki evində tapılıb.

“Cody bizim dünyamızdı. Uşaqlar və mən sınıq və viran qalmışıq. O, çox yaxşı ata və ər idi. Biz həmişə sənin üçün darıxacağıq və səni sevəcəyik”, deyə aktyorun həyat yoldaşı Stefani Klark mətbuata açıqlamasında deyib.

Aktyorun ölüm səbəbi hələ açıqlanmayıb.

Days of Our Lives' Actor Cody Longo Dead at 34

# 9073 dəfə oxunub

Müəllifin son yazıları

# # #