Pelevin yeni kitabını gecə təqdim etdi

Pelevin yeni kitabını gecə təqdim etdi
27 avqust 2020
# 10:24

Viktor Pelevin yeni "Məğlubedilməz günəş" adlı kitabını oxuculara təqdim edib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, ötən gün gecə saat 12-də rus yazıçısı Viktor Pelevin yaxın günlərdə anonsunu verdiyi “Məğlubedilməz günəş” adlı kitabını təqdim edib. Təqdimata gələn qonaqlar yazıçıdan imzalı kitab almaqla yanaşı, Pelevinin digər kitablarını və müxtəlif hədiyyələr də əldə ediblər.

Yazıçının yeni romanı Hindistana səfərə yollanan 30 yaşlı Saşanın başına gələn sirli və mistik əhvalatlardan bəhs edir.

# 1633 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #