57 yaşlı aktyor evlənir

57 yaşlı aktyor evlənir
22 may 2018
# 09:53

Britaniya aktyoru Hyu Qrant evlənəcək.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə 57 yaşlı aktyorun həyat yoldaşı 39 yaşlı prodüser Ana Ebesteyn olacaq.

Onlar kəbin kəsdirmək üçün bazar günü nikah bürosuna müraciət ediblər.

Cütlüyün artıq 3 övladı var. Adı hələ də məlum olmayan üçüncü uşaq bu ilin mart ayında dünyaya gəlib.

Aktyorun bundan əvvəl birlikdə olduğu çinli aktrisa Tinlan Honqdan da iki övladı var.

# 967 dəfə oxunub

Müəllifin son yazıları

# # #