Ömər Eldarovdan bəhs edən roman nəşr olundu

Ömər Eldarovdan bəhs edən roman nəşr olundu
10 aprel 2018
# 17:23

Yazıçı Günel İmranın "Qanun nəşriyyatı”nda "Ömər” adlı yeni romanı çapdan çıxıb. Kulis.azın məlumatına görə kitab Xalq rəssamı, heykəltəraş Ömər Eldarovun həyat və yaradıcılığına həsr olunub.

Romanda sənətkarın ömür yolunun müxtəlif dövrlərinə aid maraqlı faktlar, həyat və sənətlə bağlı düşüncələri bədii şəkildə əks olunub.

Günel İmranın bundan öncə "Məni kim öldürdü” (2014), "Qapqara günəş” (2015), "Maya və ifritənin büllur ürəyi” (2016) kimi nəsr kitabları işıq üzü görüb.

# 1196 dəfə oxunub

Müəllifin son yazıları

# # #