Ögey qızı ilə evli olan məşhur rejissor danşdı: "35 yaş böyük olsam da..."

Ögey qızı ilə evli olan məşhur rejissor danşdı: "35 yaş böyük olsam da..."
27 may 2020
# 11:19

Məşhur rejissor Vudi Allen ögey qızı ilə evliliyindən danışıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Hollivud rejissoru Vudi Allen övladlığa götürdüyü qızı Sun-I Preven ilə evliliyinin təfərrüatlarından bəhs edib.

84 yaşlı kinematoqraf etiraf edib ki, 35 yaş arvadından böyük olması əvvəllər onu çox narahat edib. Bundan əlavə ətrafdakı insanlar onun gənc həyat yoldaşını istismar etməyə başlayacagını gözləsələr də, bu baş verməyib.
Rejissorun sözlərinə görə ögey qızı ilə ailə qurandan sonra o, xeyli sakitlik və rahatlıq tapıb. Rejissor həyat yoldaşı sayəsində illərdir psixiatrların xidmətinə müraciət etməyib və bir çox nevrotik vərdişlərdən xilas olub.

Allen həyat yoldaşı ilə daxili maraqların hər zaman üst-üstə düşmədiyini, ancaq xüsusən - uşaq yetişdirmək, yaşayış və digər mövzularda razılığa gəlməyi öyrəndiklərini də qeyd edib.

# 5959 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #