Xalq artisti reanimasiyaya düşdü

Xalq artisti reanimasiyaya düşdü
23 yanvar 2015
# 13:47

Xalq artisti Nuriyyə Əhmədova reanimasiyaya yerləşdirilib. Bunu Kulis.Az-a açıqlmasında aktrisanın bacısı Sevil xanım bildirib.

Onun məlumatına görə, aktrisanı səhərə yaxın təcili yardımla reanimasiyaya aparıblar: “Həkimlərin dediyinə görə, vəziyyəti yaxşıdır. Aparatlara qoşublar, hələ ki, görüşməyə və danışmağa icazə vermirlər”.

6 saylı birləşmiş şəhər xəstəxanasının qəbul şöbəsindən verilən məlumata görə Nuriyyə Əhmədova beyin-qan dövranı pozğunluğu diaqnozu ilə qəbul edilib.

Xatırladaq ki, aktrisa bundan əvvəl də oğlunun ölümü, səhhəti və ev problemi ilə dəfələrlə mətbuatın gündəminə gəlib.

# 914 dəfə oxunub

Müəllifin son yazıları

# # #