Məşhur rejissordan yeni film gəlir - Treyler

Məşhur rejissordan yeni film gəlir - Treyler
6 avqust 2020
# 10:38

Tomas Winterberqin yeni filminin treyleri yayımlandı.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, tanınmış Danimarka rejissoru, “Dogma 95” hərəkatının ideoloqlarından biri, “Mərasim”, “Kommuna”, “Ov” kimi məşhur filmlərin müəllifi Tomas Winterberqin yeni "Druk" filminin treyleri yayımlandı.

Filmin çəkilişində Skandinaviya kinosunun görkəmli nümayəndələri Mads Mikkelsen, Tomas Bo Larsen, Lars Rante, Maunus Millan və Maria Bonnevi iştirak ediblər.

Winterberq yeni filmin süjet xəttində psixoloji təcrübələrini tətbiq edərək dörd müəllimin irəli sürdüyü elmi fərziyyənin nəticələrindən bəhs edib.

Film bu ilin sentyabr ayında “San Sebastian” film festivalında tamaşaçılara təqdim ediləcək.

# 1943 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #