Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilib.
Kulis.az xəbər verir ki, APA-nın Naxçıvan bürosunun məlumatına görə, bununla bağlı bu gün filarmoniyada tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası (NMR) Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov bildirib ki, NMR-in Nazirlər Kabineti Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, hazırda Naxçıvan Dövlət Filarmoniyasında 200-ə yaxın sənət adamı fəaliyyət göstərir.