Məşhur aktyor evində ölü tapıldı

Robert Bruc, aktyor

Robert Bruc, aktyor

5 yanvar 2022
# 10:41

Məşhur aktyor Robert Bruce Nyu-Cersidə vəfat edib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Kevin Smitin "Comic Book Men" kült realiti seriyası ilə tanınan Robert Bruce 63 yaşında dünyasını dəyişib.

Aktyorun cəsədi yaşadığı və ofis kimi istifadə etdiyi Nyu-Cersidəki anbarda tapılıb.

Polisin verdiyi məlumata görə, hadisədə cinayət tərkibi müşahidə edilməyib. Buna baxmayaraq, araşdırmaya başlanılıb. Bildirilir ki, aktyorla sonuncu dəfə dekabrın sonunda əlaqə saxlanılıb və narahat olan ailə üzvləri polislə əlaqə saxlayıb.

Bruce serialın otuzdan çox epizodunda rol alıb, həmçinin şouda prodüser və məsləhətçi olub, görkəmli komiks və kolleksiya mütəxəssisidir.

# 1175 dəfə oxunub

Müəllifin son yazıları

# # #