Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb: “Əminik ki, bu mükafatlandırma prosesi təkcə bir imtiyaz yox, həm də məsuliyyət kimi qəbul edirsiniz. Biz mədəniyyətimizi əcdadlarımızdan qalan miras kimi görürük və onun yaşadılması üçün çalışırıq. İnanırıq ki, bu prosesdə siz mədəniyyət nümayəndələri də bizə dəstək olacaqsınız”.
Daha sonra nazir təltifləri sahiblərinə təqdim edib.
Təltif olunanların siyahısını təqdim edirik:
“İstiqlal” ordeni
Həsənzadə Nəriman Əliməmməd oğlu
“Şərəf” ordeni
Yagizarov Hacı Murad Hacı Əhməd oğlu
Səlimova Cənnət Əlibəy qızı
İbrahimov Mənsum İsrafil oğlu
Bakıxanov Tofiq Əhməd Ağa oğlu
“Şöhrət” ordeni
Məsimov Baba Vəzir oğlu
Qocayev Xeyrəddin Sayəddin oğlu
Nəcəfov Fazil İmamverdi oğlu
1-ci dərəcəli “Əmək” ordeni
Əkbərov Canəli Xanəli oğlu
2-ci dərəcəli “Əmək” ordeni
Musayev Niyaməddin Cabbar oğlu
Əsgərov Akif İzzətulla oğlu
“Xalq artisti” fəxri adı
Mustafazadə Əzizə Vaqif qızı
“Tərəqqi” medalı
Hüseynov Fizuli İsmət oğlu
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
Mustafayev Albert Zaman oğlu.
Sonda nazir Anar Kərimov mükafat alan şəxslərlə xatirə fotosu çəkdirib.