Səninlə bir evimiz olar... - Rasim Qaracadan YENİ ŞEİR

Səninlə bir evimiz olar... - Rasim Qaracadan <span style="color:red;">YENİ ŞEİR
6 iyun 2017
# 09:00

Kulis.az Rasim Qaracanın yeni şeirini təqdim edir.

***

Səninlə bir evimiz olar

Ortasında bir miz olar

Sadəcə ikimiz oluruq

Və qarşımızda dəniz

Çox romantik olmasın

Eyvanı dik olmasın

Antik olmasın

Balaca bir ev

Ağacında quş yuvası

Ocağında tavası

Birbaşa tavaya yumurtlasın quş

Nağıllarda belə olurmuş

Ancaq nağıl olmasın həyatımız

İçində divlər olmasın

Divarı olmasın

Çəpərsiz olsun həyətimiz

Qonaq gəlsə külək bizə

Şapkamı atsa dənizə

Gülək bir az

Sular gəlsə qapımıza

Uzun olsun gecə uzun

Balkona sallansın üzüm

Göydəki bir ulduzun

Sözü olsun aramızda

Həyat beləcə keçsin belə

Al qoynuna məni bələ

Sənə çox sözüm var hələ

Sevgidir yoxsa bu nədir belə...

# 1317 dəfə oxunub

Müəllifin son yazıları

# # #