Azərbaycan prezidenti İlham Əliyev xalq rəssamı Tahir Salahova təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, dövlət başçısı görkəmli sənətkarı 85 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıb.