Tanınmış xanım yazıçı, jurnalist keçmiş həyat yoldaşı olan yazıçı Aqşin Yeniseyi məhkəməyə verib.
Kulis.az xəbər verir ki, Əlizadə Aysel Alim qızı borc məsələsi ilə bağlı Dadaşov Aqşin Tofiq oğlu (Yenisey) barəsində Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmədə A.Əlizadə tələbkar, A.Dadaşov isə borclu qismində tanınıb. May ayının 21-də hakim Aytən Novruzovanın sədrliyi ilə məhkəmə baxışı keçiriləcək.
Xatırladaq ki, Aysel Əlizadə ilə Aqşin Yenisey evli olublar və ayrılıblar. Onların birgə nikahdan 1 övladları var. /yenisabah.az/