Rusiyanın populyar “Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.
Kulis.az xəbər verir ki, Azərbaycanın Xalq şairləri Bəxtiyar Vahabzadənin “Ayrılıq”, “Nekroloq”, Vaqif Səmədoğlunun “Qaya”, tanınmış şair-tərcüməçilər Vladimir Qafarovun “Köhnə körpünün yanında” və Mənsur Vəkilovun “Azərbaycan”, “Bu yeni fikir deyil” şeirləri jurnalın aprel nömrəsində işıq üzü görüb.