Tarantinonun yeni filmi - Bu dəfə aktyor kimi

Tarantinonun yeni filmi - Bu dəfə aktyor kimi
23 iyun 2026
# 10:10

Məşhur amerikalı rejissor Kventin Tarantino bu dəfə kameranın arxasında deyil, qarşısında çıxış etməyə hazırlaşır. O, rejissor Ceymi Adamsın yeni filmində baş rollardan birini ifa edəcək.

Kulis.az xəbər verir ki, bu barədə Uelsin "Nation" portalı məlumat yayıb.

Sirlərlə dolu yeni layihə

Yeni layihənin təfərrüatları və süjet xətti hələlik rəsmən açıqlanmayıb. Lakin Uelsin Portkoul şəhərində bəzi səhnələrin çəkilişi zamanı lentə alınaraq yayımlanan fotoda Tarantino məşhur avstraliyalı müğənni və aktrisa Kayli Minouqla birlikdə əks olunub.

Qeyd edək ki, bu, Tarantinonun Adamsla ilk aktyorluq işbirliyi deyil. O, bundan əvvəl də rejissorun "Only What We Carry" adlı filmində rol almışdı. Həmin ekran işində onun tərəf müqabilləri məşhur aktyorlar Saymon Peqq və Sofiya Butella idi.

"Son altı ildə heç nə məni həqiqətən cəlb etməyib..."

Xatırladaq ki, iyunun əvvəlində Tarantino "Sight & Sound" jurnalına verdiyi yeni müsahibəsində müasir Hollivud kinosunu kəskin tənqid atəşinə tutmuşdu. Əfsanəvi rejissor son illərin kino sənayesindən məyusluğunu bu sözlərlə ifadə edib:

"Son altı ildə mən yalnız bir neçə filmi, o cümlədən "West Side Story" və "Horizon"u bəyənmişəm. Lakin ümumilikdə bu illər ərzində çəkilən heç bir ekran işi məni həqiqətən özünə cəlb edə və ya heyrətləndirə bilməyib".

# 92 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər