Klassikaya meydan oxuyan qoşma - MƏTN

Klassikaya meydan oxuyan qoşma - MƏTN
14 iyul 2017
# 10:24

Bu gün şair-yazıçı-tərcüməçi Etimad Başkeçidin doğum günüdür. Kulis.az bu münasibətlə Etimad bəyi təbrik edir və “Təqvim” rubrikasında onun bir qoşmasını oxucuların diqqətinə çatdırır.

öz yanından ürkən dosta söyləyin,

elə getsin, geri daha dönməsin,

düyün düşsün hədyan deyən dilləri,

la ilahə illəllaha dönməsin.

mən demirəm qalsın yavan, yalınçaq,

ilan yürsün, balası da dalınca,

tərəfimdən deyin ta mən ölüncə,

peşimana verməm baha, dönməsin.

Başkeçid der, ələlbaşdı qol, sinə,

dəccal minər ulağını tərsinə,

axır-əvvəl dönər, əlbət, yol sinə,

ha bulansın, imana ha dönməsin.

# 1186 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #