Ancelina Coli uşaqlar haqda kitab yazır

Ancelina Coli uşaqlar haqda kitab yazır
14 oktyabr 2020
# 18:15

Ancelina Coli uşaq hüquqları haqda kitab yazır.

Kulis.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, aktrisaya bu kitabı yazmaqda uşaq haqları vəkili Jeraldina Van Bueren də kömək edir. Həmçinin Beynəlxalq Əfv Təşkilatı ilə də əməkdaşlıq aparılır.

Uşaqların və yetişkin insanların uşaqların insan haqlarından xəbərdar olmamağı, bu haqlar bilinmədiyi və qorunmadığı üçün uşaqların müdafiəsiz qalması layihənin əsas ünsürlərindəndir.

Kitabın adı “Haqlarınızı Bilin” olacaq. Kitabın nəşri gələn ilin sentyabrına nəzərdə tutulub.

A.Coli kitab haqqında bunları deyib: “Bu gün mübarizəyə hazır gənclərimiz var. Ancaq əksəriyyəti haqlarını bilmir, böyükləri tərəfindən yanlış informasiyalarla başqa tərəflərə istiqamətlənirlər. Onların mübarizələrini gücləndirmək istəyirik. Əfv Təşkilatı, Jeraldina və mən bu kitabı gənclərə bağışlayacam və ümid edirəm ki, onlar kitabdan nəticə çıxaracaqlar”.

# 2185 dəfə oxunub

Müəllifin son yazıları

# # #