Nazirlik Ayaz Salayevin filmini qayçılayıbmı?

Nazirlik Ayaz Salayevin filmini qayçılayıbmı?
19 yanvar 2015
# 18:08

2008-ci ildən istehsal olunan qalmaqallı “Ehram TV” – indiki “Ağ-qara gecələr” tammetrajlı bədii filminin nümayişinin gecikməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi rəsmisinin açıqlaması mətbuatda maraq doğurub.

Belə ki, filmin rejissoru, “Mənim filmimə heç kim əl vura bilməz” söyləyən Ayaz Salayevin dedikləri Nazirliyin açıqlaması ilə uyğun gəlmir. Milli filmlərin istehsalı sektorunun rəhbəri Aydın Hüseynov filmin istehsalının müəyyən dəyişikliklərə görə uzandığını söyləyib.

Məsələ ilə bağlı arqument.az saytına təkrar açıqlama verən Ayaz Salayev bunları söyləyib: "Artıq ikinci saytdır ki, bu məsələ ilə bağlı mənə zəng edib. Bilmirəm, bu nə kampaniyadır? Bu, köhnə söhbətdir, film 2008-ci ildə təhvil verilib. Altı ildir ki, bu məsələ bağlanıb. İndi durub sual verirlər ki, nə dəyişiklik olub? Nə olubsa, o vaxt olub. Köhnə söhbətləri gündəmə gətirmək nəyə lazımdır? Film yaxın zamanlarda nümayiş olunacaq".

# 888 dəfə oxunub

Müəllifin son yazıları

# # #